Ramil Şeydayev "Trabzonspor"un düşərgəsinə döndü

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun düşərgəsinə geri dönüb.  

Newsport.az saytının məlumatına görə, Qara dəniz təmsilçisi bu gün çempionatın I turu çərçivəsində "Başakşəhər"ə qarşı keçirəcəkləri matçın hazırlıqlarına başlayıb.  Hazırlıqlarda milli komandamızın hücumçusu da iştirak edib.  

Ramil Şeydayev iki gündür komandanın düşərgəsindən ayrılsa da, yenidən geri qayıdıb.  Onun klubda qalıb-qalmayacağı hələlik bəlli olmayıb.  

Qeyd edək ki, Avstriyanın "Mattersburq" klubu Şeydayevi icarəyə götürmək istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right