Belçika millisinin üzvü rəsmən "Borussiya"da

Dortmund "Borussiya"sı növbəti transferini edib.

Newsport.az saytının məlumatına görə, "sarı-qaralar" Çinin "Tianjin Quanjian" klubundan Aksel Vitseli heyətinə qatıb. Belçika millisinin üzvünün transferi üçün Çin klubuna 20 milyon avro ödənilib. 29 yaşlı yarımmüdafiəçi 4 illik müqaviləyə qol çəkib. Onun illik maaşı 7,5 milyon avro olacaq.

Qeyd edək ki, Vitsel 2017-ci ildə "Tianjin Quanjian"a Çinə transfer olmuşdu. Belçikalı futbolçu Çində 47 oyuna 6 qol vurub, 3 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right