Kasilyas karyerasını başa vuracağı tarixi açıqladı

"Portu"da çıxış edən əfsanəvi qapıçı İker Kasilyas futbolçu karyerasına nöqtə qoyacağı tarixi açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı əlcək sahibi RTP-yə açıqlamasında mövsümün sonunda əlcəklərini mıxdan asacağını deyib: "Karyeramda yalnız iki klubda çıxış etdim. Uzun illər "Real" kimi tarixin ən böyük komandasında oynadım. Daha sonra "Portu" kimi güclü klubun şərəfini qorudum. Karyeramdan çox məmnunam Milli komandamla Avropa və dünya çempionu olmuşam. Mövsümün sonunda "Portu" ilə müqaviləm başa çatacaq. Karyeramı müqaviləm bitəndən sonra məhz burda tamamlayacam".

Qeyd edək ki, Kasilyas 10 yaşında "Real"ın aşağı yaş qruplarına yazılıb. 25 il Madrid klubunda çıxış edən ispaniyalı çəçivə qoruyucusu 2015-ci ildən "Portu"nun şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right