Samuel Eto Türkiyədə qalır

Türkiyə Super Liqa təmsilçisi "Konyaspor"dan ayrılan Samuel Etonun yeni klubu bəlli olmaq üzrədir.

Newsport.az-ın məlumatına görə, Kamerun millisinin keçmiş üzvü "Bursaspor"la danışıqlar aparır. Türkiyə mətbuatının məlumatına görə, "yaşıl timsahlar" 37 yaşlı hücumçu ilə böyük ölçüdə razılığa gəlib.

Qeyd edək ki, Eto "Konyaspor"a bu ilin yanvarında "Antalyaspor"dan keçmişdi. Təcrübəli forvard "Real" Madrid, "Malyorka", "Barselona", "İnter", "Anji", "Çelsi", "Everton" və "Sampdoriya" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right