Fərid Nəbiyevdən 90 dəqiqəyə 2 məhsldar ötürmə

Milli komandamızın üzvü Fərid Nəbiyev Çexiyanın "Slaviya" klubunun 21 yaşlılardan ibarət komandasının heyətində növbəti uğurlu oyununu keçirib.  

Newsport.az-ın məlumatına görə, Praqa təmsilçisi Gənclər Liqasının II turunda səfərdə "Mlada"nın qonağı olub.  Görüşdə 5 qol qeydə alınıb.  Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.  

"Qəbələ" Futbol Akademiyasının yetirməsi bu oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb.  Fərid meydanda komandasının ən fəal üzvlərindən olub.  Təsadüfi deyil ki, "Slaviya" hər iki qolu həmyerlimizin məhsuldar ötürməsindən sonra vurub. İstedadlı futbolçumuz oyunun son dəqiqələrində bərabərlik qolunu vurmağa yaxın olub. Ancaq onun "qayçıvari zərbə"sini qapıçı dəf edib.   

Praqa təmsilçisi 2 oyundan sonra topladığı 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.  

Qeyd edək ki, Fərid Nəbiyev mövsümün ilk turunda "Viktoriya" ilə qarşılaşmada 2 qol və 1 məhsuldar ötürmə ilə  yadda qalıb.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right