"Kəpəz"dən ayrılan futbolçu Finlandiya klubunda

Ötən mövsümün ikinci yarısını "Kəpəz"in heyətində keçirən Şadon Vinçesterin yeni klubunun adına aydınlıq gəlib.  

Newsport.az-ın məlumatına görə, hücumçu karyerasını Finlandiyada davam etdirəcək. O, ölkənin yüksək liqasında çıxış edən "Seinyaioki" klubu ilə münasibətlərini rəsmiləşdirib.  Trinidad və Tabaqo millisinin üzvü yeni klubu ilə ilin sonuna qədər müqavilə imzalayıb.  

Şadon "Kəpəz"in heyətində cəmi 8 qarşılaşmada iştirak edib.  Daha çox artıq çəkisinə görə tənqid olunan futbolçu "sarı-göylər"də qol hesabını aça bilməyib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right