Türkiyə klubu Məsut Özilə dəstək verdi FOTO

"Yeni Malatyaspor"un futbolçuları "Qaziantep"lə yoldaşlıq oyununa İngiltərənin "Arsenal" klubunda forma geyinən Məsut Özilə dəstək ifadə edən formalarla çıxıblar. 

Newsport.az-ın məlumatına görə, futbolçuların formalarında Özilin fotosu və "Səninləyik", "İrçilikə yox" yazısı əks olunub.   

Türk əsilli yarımmüdafiəçi Almaniya millisindəki karyerasını Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla şəkil çəkdirməsi ilə əlaqədar qalmaqaldan sonra bitirib. Özil Almaniya Futbol İttifaqının ona irqçi münasibət göstərdiyini bildirib. 

Qeyd edək ki, 29 yaşlı futbolçu Almaniya millisində 2009-cu ildən çıxış edib. O, yığmada 92 oyuna 23 qol vurub.

Картинки по запросу gazişehir gaziantep fk

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right