"Real"ın sabiq futbolçusu Danimarkada klubunu dəyişdi

Hollandiya millisinin keçmiş üzvü Rafael van der Vart karyerasını yenə də Danimarkada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi "Esbyerq" klubunda forma geyinəcək. Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanıb.

"Hamburq", "Real", "Tottenhem", "Real Betis"  kimi klublarda çıxış etmiş Van der Vart son olaraq, Danimarkanın "Mitdyulland" komandasında forma geyinib. Hollandiyalı oyunçu "Ayaks"ın yetirməsidir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right