Qazaxıstanda Almeyda - Reynaldo dueli

Qazaxıstan çempionatında 21-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, "Qəbələ"nin ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı, Azərbaycan yığmasının üzvü Riçard Almeydanın şərəfini qoruduğu “Astana” səfərdə “Aktobe” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Almeyda start heyətdə meydana çıxıb və yenə sonadək oynayıb. "Aktobe"nin heyətində "Qarabağ"ın digər sabiq futbolçusu Reynaldo da çıxış edib. O, 46-cı dəqiqədə oyuna daxil olub.

"Astana" 54 xalla çempionatın vahid lideridir. "Aktobe" isə 25 xalla 6-cıdır.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right