Ramil Şeydayev "Trabzonspor"dan ayrıldı: növbəti dayanacağı hara olacaq?

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun düşərgəsini tərk edib.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı hücumçunun adı ötən gün İtaliyanın "Kalyari" klubu ilə keçirilən yoxlama oyunun iştirak ərizəsin daxil edilməyib. Şeydayev transfer danışıqları üçün Qara dəniz klubunu tərk edib. Onun yeni komandasının adı bəlli deyil.

Qeyd edək ki, 22 yaşlı futbolçunun xidmətində Avstriyanın "Mattersburq" klubu maraqlıdır. Bundesliqa klubu Ramili "Trabzonspor"dan icarəyə götürmək istəyir.

Əlavə edək ki, Ramil Şeydayev son mövsümü icarə əsasında "Qarabağ"da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right