Araz "Panionios" "Mattersburq" məsələsində son durum: Transfer niyə gecikir?

Azərbaycan millisinin üzvü Araz Abdullayevin klubsuz günləri davam edir.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi "Panionios"la müqavilə imzalasa da, şəxsi problemlərinə görə klubu tərk edib.

Hazırda formadan düşməmək üçün "Qarabağ"ın düşərgəsində məşq edən futbolçunun xidmətində bir müddətdir Avstriyanın "Mattersburq" klubu maraqlıdır. Lakin bu keçidin reallaşması yubanır. 

Keçidin gecikməsinə səbəb klublar arasında razılıq əldə olunmamasıdır. Belə ki, "Panionios" Arazı sərbəst buraxmaq üçün "Mattersburq"dan 75 min avro tələb edir. Avstriya klubu isə bu məbləği bir qədər aşağı endirmək üçün danışıqlar aparır. 

Qeyd edək ki, "Panionios" Araz Abdullayevi transfer etmək üçün "Qəbələ"yə 80 min dollar ödəyib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right