Samuel Eto klubsuz qaldı

Kamerunlu hücumçu Samuel Eto Türkiyənin "Konyaspor" klubundan ayrılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 37 yaşlı hücumçu ilə 2020-ci ildə başa çatacaq müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub. Eto Super Liqa klubundan 1 milyon avro təzminat alacaq.

Qeyd edək ki, Eto ötən mövsümün qış fasiləsində "Antalyaspor"dan ayrılaraq, "Konyaspor"a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right