PAOK "Arsenal"ın futbolçusunu transfer etdi

Son Yunanıstan çempionu PAOK hücum xəttini gücləndirib.

Newsport.az-ın məlumatına görə, Saloniki təmsilçisi "Arsenal"ın hücumçusu Çuba Akpomu transfer edib. 22 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. İngiltərəli futbolçunun keçidi üçün London təmsilçisinə 2 milyon funt-sterlinq ödənilib.

Qeyd edək ki, Akpom "Arsenal"ın yetirməsidir.

Əlavə edək ki, PAOK ÇL-in III təsnifat mərhələsində Moskva "Spartak"ı ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right