"Mançester Yunayted" "Barselona"nın futbolçusunu transfer edir

"Mançester Yunayted"növbəti transferini reallaşdırmağa yaxındır.

Newsport.az-ın məlumatına görə, "Barselona"nın müdafiəçisi Yerri Mina Mançester təmsilçisinə keçməyə yaxındır. 23 yaşlı müdafiəçinin transferinin 30-40 milyon avro qarşılığında reallaşacağı gözlənilir.

Qeyd edək ki, Mina ötən mövsüm qış fasiləsində "Barselona"ya keçmişdi və 5 oyunda şans qazanmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right