Almaniyalı futbolçu Premyer Liqa klubunda

“Şalke”dən ayrılan Almaniya millisinin üzvü Maks Meyerin yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək. Meyer Premyer Liqa təmsilçisi "Kristal Pelas"la 4 illik müqavilə bağlayıb. Onun həftəlik qazancı 220 min avro olacaq. Meyer komandada ən çox maaş alan futbolçuya çevrilib.

Qeyd edək ki, Meyer 2009-cu ildən "Şalke"də çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right