Transfer qadağasından qurtulmaq üçün millimizin üzvü ilə danışıqlara başladı

Türkiyənin "Manisaspor" klubu FIFA-nın tətbiq etdiyi transfer qadağasının aradan qaldırılması üçün millimizin futbolçusu Ufuk Budakla danışıqlar aparır.

Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. II Liqa təmsilçisi 28 yaşlı müdafiəçinin alacağı pullardan imtina etməsi üçün danışıqlara başlayıb. Ufuk Budak həmin pullardan imtina etsə, "Manisaspor"un transfer qadağası ləğv oluna bilər.

Qeyd edək ki, "Manisaspor" keçmiş futbolçularının maaşını ödəyə bilmədiyi üçün kluba transfer qadağası qoyulub. Ufuk Budak bu yay I Liqa təmsilçisi "Boluspor"a transfer olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right