Millimizin üzvünün danışıq apardığı klubun adı bəlli oldu

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Ozan Can Kökçünün danışıq apardığı klubun adı bəlli olub.  

Newsport.az-ın məlumatına görə, "Bursaspor"da güclənə bilməyən futbolçu karyerasını "Giresunspor"da davam etdirə bilər. "İnegölspor"un təklifinə "yox" cavabı verən gənc futbolçu, "Giresunspor"la danışıq aparmağa razılıq verib.  O, TFF I liqasında mübarizə aparan klubla müqavilə imzalamağa yaxındır.

Qeyd edək ki, Ozan Can Kökçü ötən mövsümü icarə əsasında Hollandiyanın "Valveyk" klubunda keçirib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right