“Barselona” mövsümə çox yaxşı başlayacaq”

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen komandasının hazırlığından danışıb. 

Newsport.az-ın məlumatına görə, alman qapıçı Kataloniya klubunun mövsümə yüksək səviyyədə start verəcəyini qeyd edib:

“Yenidən komanda yoldaşlarımı gördüyüm üçün çox şadam. Səbirsizliklə qarşıdakı mövsümü gözləyirəm. Hazırlığımız yüksək səviyyədə keçir. Müxtəlif ölkələrdə beynəlxalq oyunlar keçiririk və bu, mövsümöncəsi komandaya müsbət təsir göstərir. 


Tezliklə meydana çıxmaq üçün səbirsizlənirəm. Hazırlığımız da göstərir ki, mövsümə çox yaxşı başlayacağıq”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right