"Qarabağ"ın keçmiş rəqibi baş məşqçisi ilə yollarını ayırdı

"Qarabağ" klubunun Çempionlar Liqasının I təsnifat mərhələsindəki keçmiş rəqibi Sloveniya "Olimpiya"sı baş məşqçisi İliya Stolitsa ilə yollarını ayırıb. 

Newsport.az saytının məlumatına görə, Lyublyana təmsilçisi 39 yaşlı serbiyalı mütəxəssislə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. 

Qeyd edək ki, İliya Stolitsa iyun ayından komandaya rəhbərlik edirdi. "Olimpiya" onun rəhbərliyi altında Çempionlar Liqasının I təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən "Qarabağ"a məğlub olub - 0:1, 0:0. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right