İquayn 18 milyona “Milan”da

“Milan” argentinalı hücumçu Qonsalo İquaynı transfer edib.

Newsport.az-ın məlumatına görə, bu barədə İtaliyanın “Gazetta dello Sport” nəşri məlumat yayıb.

Milan təmsilçisinin futbolçu üçün bir illik icarə haqqı olaraq 18 milyon avro ödəyəcəyi bildirilib. “Qara-qırmızılar” İquaynı mövsümün sonunda 36 milyon avroya transfer edə biləcək.

İquayn “Yuve”də 2 liqa çempionluğu və 2 ölkə kuboku qazanıb. “Qoca sinyora” ilə son mövsümdə 49 qarşılaşmaya çıxan 30 yaşlı futbolçu, 23 qola imza atıb. Qonsalo İquaynla “Çelsi” də yaxından maraqlanırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right