Sabiq "Qarabağ"lı BƏƏ klubunda

“Qarabağ”ın sabiq futbolçusu Leroy Corc Avstraliyanın "Melburn" klubundan ayrılıb.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı vinger Birləşmiş Ərəb Əmirliklərinə üz tutub. Surinam əsilli hollandiyalı futbolçu elitanın debütantı “Baniyas” klubu ilə bir illik müqavilə bağlayıb.

Qeyd edək ki, Corc 2013-2015-ci illərdə “Qarabağ”da çıxış edib. O, "Qarabağ"la 2 dəfə ölkə çempionu olub, 1 dəfə Azərbaycan kubokunu qazanıb.

Leroy ötən mövsüm Avstraliya A Liqasında 29 oyuna 9 qol vurub 14 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right