"Milan"ın hücumçusu "Qalatasaray"a keçir

Ötən mövsüm "Milan"da zəif təsir bağışlayan Andre Silva "Qalatasaray"a keçməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı hücumçu İstanbul klubunda icarə əsasında çıxış edəcək. "Cim-bom"un Silva üçün "Milan"a heç bir məbləğ ödəməyəcəyi bildirilir.

Andre Silvanın komandadan gedişi "Yuventus"un hücumçusu Qonzalo İquainin "Milan"a gəlişi ilə əlaqələndirilir.

Qeyd edək ki, Silva 2017-ci ildə "Portu"dan "Milan"a keçib. O, "rassonyerlər"in  heyətində 24 oyun keçirib və 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right