Serbiya millisinin üzvü Premyer Liqada klubunu dəyişdi

İngiltərənin "Fulhem" klubu növbəti transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi "Nyukasl"ın hücumçusu Aleksandar Mitroviçlə anlaşıb. Londonlular bu keçid üçün "sağsağanlar"a 24 milyon avro ödəyib.

Qeyd edək ki, 23 yaşlı forvard 2015-ci ildə "Anderlext"dən "Nyukasl"a keçmişdi. "Partizan"ın yetirməsi bu ilin yanvarında "Fulhem"ə icarə əsasında keçmişdi və 17 oyuna 12 qol vurmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right