Sabiq "Mançester Yunayted"li Türkiyə klubuna transfer oldu

"Mançester Yuneyted"in sabiq futbolçusu Anderson Oliveyro karyerasını Türkiyədə davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi bu ölkənin I Liqasında mübarizə aparan "Adana Dəmirspor"a transfer olub. 30 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, karyerası ərzində "Portu", "Mançester Yunayted", "Fiorentina", "Koritiba", "İnternasional" kimi klublarda çıxış etmiş Anderson "qırmızı şeytanlar"ın heyətində Çempionlar Liqasının qalibi olub. O, Braziliya millisinin də şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right