Azərbaycanlı futbolçudan Çexiyada mövsümə uğurlu start

Çexiya Gənclər Liqasında yeni mövsümə start verilib. 

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nın 21 yaşadək futbolçulardan ibarət komandası ilk turda “Viktoriya” ilə qarşılaşıb. Görüş “Slaviya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Fərid “Slaviya”nın qələbə qazanmasında xüsusi pay sahibi olub. O, vurduğu 2 qolla komandasına qələbə qazandırıb.

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi ötən mövsümdən Çexiyada çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right