"Real" və "Çelsi"nin sabiq ulduzu karyerasını bitirdi

"Real" və "Çelsi"nin sabiq futbolçusu Mikael Essyen karyerasını bitirib.

Newsport.az-ın məlumatına görə, Qana millisinin yarımmüdafiəçisi 35 yaşında yaşıl meydanlarla vidalaşıb.

Essyen karyerasına Fransanın "Bastiya" klubunda başlayıb. 2003-cü ildə onu 11,7 milyon avroya alan "Lion", 2 il sonra "Çelsi"yə 38 milyon avroya satıb. Qanalı futbolçu 2012/13 mövsümündə "Real"a icarəyə verilib. Bundan sonrakı illərdə o, İtaliyanın "Milan" və Yunanıstanın "Panatinaikos" klublarında top qovub. Afrikalı futbolçunun son iş yeri İndoneziyanın "Persib" klubu olub.

"Lion"la 2 dəfə Fransa çempionluğunu və Super Kubokunu qazanan Essyen, "Çelsi"inin heyətində İngiltərə çempionu (2 dəfə), Federasia Kubokunun (4), Liqa Kubokunun (1), öokə Super Kubokunun (1) və Çempionlar Liqasının (1) qalibi olub. 

Futbolçu 2002-2014-cü illərdə Qana millisində 58 oyun keçirərək 9 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right