Serbiya millisinin üzvü "Fulhem"də

İngiltərənin "Fulhem" klubu növbəti transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi "Nyukasl"ın hücumçusu Aleksandar Mitroviçlə anlaşıb Londonlular bu keçid üçün "sağsağanlar"a 24 milyon avro ödəyəcək. Serbiya millisinin üzvünün transferi tezliklə rəsmi şəkildə açıqlanacaq.

Qeyd edək ki, 23 yaşlı forvard 2015-ci ildə "Anderlext"dən "Nyukasl"a keçmişdi. "Partizan"ın yetirməsi bu ilin yanvarında "Fulhem"ə icarə əsasında keçmişdi və 17 oyuna 12 qol vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right