"Real" PSJ-nin futbolçusuna göz dikdi

Hücum xəttinə axtarışları davam etdirən "Real" gözünü PSJ-nin hücumçusu Edinson Kavaniyə dikib.

Newsport.az-ın məlumatına görə, AS nəşrinin məlumatına görə uruqvaylı hücumçu da "kral klubu"nda oynamağa müsbət baxır. Son zamanlar "fair-play" pozuntusuna görə, UEFA-dan xəbərdarlıqlar alan Paris klubu 31 yaşlı forvardı 100 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, Kavaninin PSJ ilə 2020-ci ilə kimi müqaviləsi var. Uruqvaylı forvard 2013-cü ildən Fransa klubunda çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right