PSJ-nin futbolçusu "Lokomotiv"də

Rusiyanın "Lokomotiv" klubu heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az-ın məlumatına görə, Moskva təmsilçisi Fransanın PSJ klubunda forma geyinən polşalı futbolçu Qjeqoj Krıxovyakı icarəyə götürüb. 28 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayına kimi Rusiya klubunda çıxış edəcək. Müqavilənin şərtlərinə görə, "Lokomotiv" Polşa millisinin üzvünü 10 milyon avroya birdəfəlik transfer edə bilər.

Krıxovyak ötən mövsümü icarə əsasında İngiltərənin "Vest Bromviç" klubunda keçirib.

Fransanın "Bordo" klubunun yetirməsi olan, peşəkar karyerasına məhz bu komandada başlayan dayaq yarımmüdafiəçisi "Reyms", "Nant", "Sevilya"da forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right