Karaman Şeydayevlə bağlı fikrini dəyişdi

Millimizin hücumçusu Ramil Şeydayevin “Trabzonspor”da gələcəyi sual altındadır. "Mattersburq"a keçidi alınmayan hücumçu komandasına geri dönmüşdü

Newsport.az-ın məlumatına görə, bir müddət öncə onun komandadan ayrılacağı ilə bağlı xəbər yayılsa da, 22 yaşlı hücumçunun "bordo-mavililər"də qalmaq şansı artıb.

Məşqlərdə özünü yaxşı göstərməyə başlayan forvard ötən gün ikitərəfli oyunda 5 qol vurmaqla baş məşqçi Ünal Karamanın planlarına düşməyi bacarıb. 52 yaşlı mütəxissis Şeydayevin komandaya fayda verə biləcəyini düşünür.

Qeyd edək ki, Qara dəniz təmsilçisi ilə 2020-ci ilə qədər müqaviləsi olan Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right