Məsut Özil milli karyerasını başa vurdu

"Arsenal"ın futbolçusu Məsut Özil milli karyerasını başa vurub. 

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı ulduz futbolçu özü verib.

Özil bildirib ki, Almaniya millisinin dünya çempionatındakı uğursuzluğunun səbəbkarı kimi göstərilmək onu bu qərara vadar edib: “Almaniya Futbol İttifaqının səriştəsizliyi üzündən uğursuzluğun səbəbkarı kimi göstərilmək istəmirəm. Qələbə qazananda alman, uduzanda isə köçkün oluram. Dostlarım Lukas Podolski və Miroslav Kloze heç vaxt alman polşalısı sayılmadılar. Bəs niyə mənə alman türkü deyirlər? Çünki bu, Türkiyədi? Çünki mən müsəlmanam? Bu, bağışlanmır və unudulmur”.

Qeyd edək ki, Almaniya yığması builki dünya çempionatında qrupdan çıxa bilməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right