"Bavariya"nın baş məşqçisi: "Bizdən transfer etmək asan olmayacaq"

PSJ-nin transfer hədəfində olan Jerom Boatenqlə bağlı "Bavariya" cəbhəsindən açıqlama gəldi.

Newsport.az-ın məlumatına görə, Paris təmsilçisinin baş məşqçisi Tomas Tuhelin transfer radarında olan müdafiəçi ilə bağlı Münhen klubunun çalışdırıcısı Niko Kovaç danışıb. Xorvatiyalı mütəxəssis almaniyalı müdafiəçinin komandada qalacağını düşünür:

"Tuhelin yaxşı oyunçular axtardığını bilirəm. Ancaq bizdən transfer etmək asan olmayacaq. Boatenqin komandada qalacağını düşünürəm".

"Bild" nəşri "Bavariya"nın 29 yaşlı futbolçu üçün PSJ-dən 80 milyon avro tələb etdiyini yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right