"Kukesi" - "Qarabağ" matçının hakimləri müəyyənləşdi

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın "Kukesi" klubuna qarşı keçirəcəyi ilk görüşünü idarə edəcək hakimlər müəyyənləşib. 

Newsport.az-ın məlumatına görə, qarşılaşma Norveçdən olan ədalət təmsilçilərinə həvalə edilib. 

Görüşün baş hakimi Hobber Nilsen olacaq. FIFA referisinə Harald Qronevik və Oskar İsaksen köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Erik Steen yerinə yetirəcək.

Qeyd edək ki, Albaniyada baş tutacaq ilk görüş iyulun 25-də Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right