Şeydayev "Spartak"a qarşı oynadı

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" növbəti yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, komanda Sloveniyada təlim-məşq toplanışı çərçivəsində Moskva "Spartak"ı ilə qarşılaşıb. Matç Rusiya klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev 73-cü dəqiqədə meydana daxil olub. "Bordo-mavililər"in yeganə qoluna Uqo Rodalleqa imza atıb.

Qeyd edək k, Şeydayev bundan əvvəl Xorvatiya "Lokomotiv"inə qarşı matçda (1:0) komandasının qələbə qolunu vurmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right