"Azərbaycanda gördüyüm bütün pis şeyləri beynimdən atmaq istəyirəm" "Kəpəz"in sabiq legioneri

“Azərbaycanda keçirdiyim dövrü uğursuz adlandırmazdım. Orada çox oyun keçirdim və hər matçda müəyyən müsbət məqamlar oldu. Ona görə də bu təcrübənin mənə faydalı olacağını hesab edirəm”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in sabiq qapıçısı Sergey Litovçenko deyib.

Mövsümün sonunda birinci diviziona düşən Gəncə təmsilçisindən ayrılan və Odessa “Çernomorets”inə keçən qolkiper ölkəmizdəki 5 aylıq karyerasını xatırlayıb. O, Azərbaycanda müsbət məqamlarla yanaşı, mənfi hallarla da üzləşdiyini gizlətməyib: “Əlbəttə, komandanın təşkilində və digər məsələlərdə mənfi hallarla üzləşdim. Amma bunları xatırlamaq istəmirəm. Orada gördüyüm bütün pis şeyləri beynimdən atmaq və unutmaq istəyirəm”.

Qeyd edək ki, Litovçenko bu ilin qışında “Kəpəz”ə keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right