“Qarabağ”ın rəqibində ayrılıq

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Kukesi”də ayrılıq baş verib.

Newsport.az-ın məlumatına görə, qapıçı Enea Koliçi Kukes təmsilçisi ilə vidalaşıb.

Ötən mövsüm aparıcı qapıçı olan Koliçi ailəvi səbəbdən komandadan ayrılıb. Çünki 32 yaşlı qolkiperin ailəsi Yunanıstanda yaşayır. O da bunu əsas gətirərək, Yunanıstan klubları ilə danışıqlara başlayıb. Koliçinin karyerasını Smirni “Apollon”unda davam etdirməsi gözlənilir.

Albaniyalı olmasına baxmayaraq, karyerasına Yunanıstanda başlayan gənclər millisinin sabiq üzvü bu ölkədə “İraklis”, “Olimpiakos” və “Panserraykos”un formasını geyinib.

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasındakı oyunlar iyulun 25-də Şkoderdə, avqustun 1-də isə Azərbaycanda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right