“Vest Hem”dən “Beşiktaş”a rəsmi təklif 18 milyon avroluq

Dünya çempionatında uğurlu çıxışı ilə yadda qalan “Beşiktaş”ın xorvat futbolçusu Domaqoy Vida üçün təkliflər gəlməkdə davam edir.

Newsport.az-ın məlumatına görə, Xorvatiya millisinin heyətində DÇ-2018-də uğurlu çıxışı ilə yadda qalan 29 yaşlı futbolçuya görə bu dəfə İngiltərənin “Vest Hem” klubu “elçi düşüb”.

“Vest Hem” Vida üçün18 milyon avroluq rəsmi təklif edib. “Beşiktaş” isə bu təklifi qəbul etməyərək, qarşı tərəfdən daha yüksək məbləğ tələb edib.

Bir müddət əvvəl İngiltərənin başqa bir klubu - “Liverpul”un da Vidaya görə “qara qartallar”a müraciət etdiyi bildirilmişdi. “Beşiktaş” “Liverpul”un 20 milyon avroluq təklifini geri çevirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right