Təmsilçilərimiz büdrədi, Azərbaycan irəlilədi UEFA reytinqi

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

Newsport.az-ın məlumatına görə, ölkəmiz bu siyahıda 1 pillə irəliləyib.

Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən “Qəbələ”, “Neftçi” və “Keşlə” növbəti oyununu keçirdi. “Neftçi” Macarıstanın “Uypeşt” klubu ilə səfər oyununda böyük hesabla uduzdu – 0:4. “Keşlə” Malta “Baltsan”ına evdə 2:1, “Qəbələ” səfərdə Lüksemburq “Proqres”inə 1:0 hesabıyla qalib gəldi.

Klublarımızın üçünün də mübarizəni dayandırmasına baxmayaraq, ölkəmiz irəliləməyə imkan tapıb. Belə ki, “Keşlə” ilə “Qəbələ” qalib gəlməklə Azərbaycanın reytinqinə hərəyə 0.250 xal yazdırıb.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 17.750 reytinq xalı var. Onun 1.125 (0.375 “Qarabağ”ın, 0.250 “Neftçi”nin, 0.250 “Keşlə”nin, 0.250 “Qəbələ”nin payına düşür) xalı cari mövsümdə qazanılıb.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right