"Liverpul" transfer bombasını partlatdı rekord qırıldı

Çempionlar Liqasının finalında qapıçısı Loris Kariusın buraxdığı kobud səhvlər üzündən "Real"a yenilən "Liverpul" heyətinə yeni qapıçı qatıb.

Newsport.az-ın məlumatına görə, İngiltərə klubu Alissonun transferi üçün "Roma" ilə anlaşıb. Razılaşmaya əsasən "Liverpul" braziliyalı qapıçı üçün 75 milyon avro ödəyəcək. 

Bu Premyer Liqada baş tutmuş ən bahalı qapıçı transferi olacaq. Bundan əvvəlki rekord Edersona məxsus idi. "Mançester Siti" onu 40 milyon avroya almışdı.

Qeyd edək ki, "Roma" Alissonu 2016-ı ildə Braziliyanın "İnternasional" klubundan 8 milyon avro qarşılığında rənglərinə bağlayıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right