Türkiyə millisinin keçmiş üzvü karyerasını başa vurur

Türkiyənin "Başakşehir" komandasının kapitanı Emre Belözoğlu karyerasını bitirəcəyi tarixi açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi 2018/2019 mövsümün sonunda futbolla vidalaşacağını bildirib.

O, bu yay futboldan getmək niyyətində olsa da, buna "Başakşehir"in baş məşqçisi Abdullah Avcı imkan verməyib: "Bu mövsüm oynayacam və karyeramı başa vuracam. Düzü, mövsüm başa çatandan sonra bu haqda düşünürdüm. Amma Abdullah Avcı məni fikrimdən daşındırdı. O, olmasaydı, vidalaşacaqdım".

Qeyd edək ki, 2015-ci ilin yayında "Fənərbağça”dan "Başakşehir”ə keçən Belözoğlu karyerası ərzində "Qalatasaray”, İtaliyanın "İnter”, İngiltərənin "Nyukasl”, İspaniyanın "Atletiko” komandalarının formasını geyinib. O, Türkiyə yığmasında 95 oyun keçirib və 9 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right