Roman Qriqorçuk: "Almeydanın meydana çıxması gec olacaq"

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə “Sutyeska”nın qonağı olacaq "Astana" Monteneqrodakı matça millimizin üzvü Riçard Almeydanı da aparıb.

Newsport.az-ın məlumatına görə, Qazaxıstan təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk oyundan öncə verdiyi açıqlamada Almeydanın debüt etməyəcəyini bildirib. Ukraynalı mütəxəssis millimizin üzvünün tam hazır olmadığını deyib: "Riçard 2 ay futbolsuz qalıb və cəmi 2 həftədir ki, məşq edir. Onun tam hazır olmadğını başa düşürük. Almeydanın tam hazır olacağı vaxtı gözləyirik. Onun meydana çıxması gec olacaq".

Qeyd edək ki, "Astana" ilk oyunda 1:0 hesablı qələbəyə sevinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right