"Mançester Yunayted" iki xorvat oyunçu alır

Xorvatiya millisinin iki oyunçusu "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Newsport.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, bunlar "İnter"in yarımmüdafiəçisi İvan Perişiç və "Ayntraxt"ın hücumusu Ante Rebiçdir. Hər iki xorvat oyunçunu məhz komandanın baş məşqçisi Joze Mourinyonun istədiyi bildirilib. "MY"nın bu transferlər üçün 92 milyon funt sterlinq (104 milyon avro) ödəməyə hazır olduğu iddia olunub.

Qeyd edək ki, Perişiç DÇ-2018-də 7, Rebiç isə 6 matçda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right