Millimizin üzvü: "Hədəfim "Bursaspor"un heyətində güclənməkdir"

"Baş məşqçimiz Samet Aybaba ilə təkbətək görüşüm olmayıb. Ancaq gənclərə önəm verən çalışdırıcıdır. Onun gəlişi bizə şans yaradıb".

 

Newsport.az xəbər verir ki, bu sözləri "Bursaspor"da çıxış edən gənclərdən ibarət milli komandamızın üzvü Ozan Can Kökçü deyib. Gənc futbolçu hədəflərini açıqlayıb. 20 yaşlı yarımmüdafiəçi “Bursaspor”da möhkəmlənmək barədə düşünür:

 

"Ümid edirəm ki, uzun müddət "Bursaspor"un uğurları üçün çalışacağam. Ondan sonrakı arzum Avropadır. Hollandiya və Türkiyədən təkliflər alıram. Ancaq mənim hədəfim "Bursaspor"un heyətində güclənməkdir. Getməyə heç bir niyyətim yoxdur. Özümü Türkiyədə ən yaxşı şəkildə göstərmək istəyirəm. Burda futbolçuların çoxunun türk olması mənim üçün də üstünlükdü. Eyni dil, eyni mədəniyyət olduğundan, dialoq qurmaqda problem yaranmır".

 

Qeyd edək ki, Kökçü ötən mövsüm "Bursaspor"un heyətində güclənə bilməyib və Hollandiyanın "Valveyk" klubuna icarəyə verilib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right