Ronaldonun "Napoli"yə transferi niyə baş tutmayıb? Klub prezidenti açıqladı

"Napoli"nin prezidenti Aurelio De Laurentis İtaliya mətbuatına "Yuventus"un yeni transfer Kriştiano Ronaldo ilə bağlı maraqlı açıqlama verib.

 

Newsport.az xəbər verir ki, klub rəhbəri bonuslarla birgə 112 milyon avroya "Yuventus"a üz tutan 33 yaşlı ulduz futbolçunu maliyyə şərtlərinə görə transfer edə bilmədiklərini deyib:

 

"Ronaldonun agenti Xorxe Mendeş futbolçunu bizə də təklif etmişdi. Ronaldonun transferi üçün xərcləyəcəyimiz pulu hesabladıq. Belə halda klubu iflasa apara biləcək xərcə girmək istəmədik. Daha sonra isə "Yuventus" məvacibi də daxil olmaqla, 350 milyon avroluq yatırım etdi. Bu isə bizim üçün əlçatmaz rəqəmdir".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right