Ramil Şeydayev oynadı, "Trabzonspor" qalib gəldi

Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən Türkiyənin "Trabzonspor" klubu yoxlama görüşündə qüvvəsini sınayıb. 

Newsport.az-ın məlumatına görə, Qara dəniz təmsilçisi yerli "Triqlav" komandası ilə üz-üzə gəlib. Görüş trabzonluların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.  Qarşılaşmada qolları Huqo Rodalleqa və Luis İbanez vurublar. 

Qarşılaşmada milli komandamızın üzvü Ramil Şeydayev də iştirak edib. O, 68-ci dəqiqədə Muhammet Beşirin əvəzinə meydana daxil olub.  

Qeyd edək ki, Ramil Şeydayev Avstriyanın "Mattersburq" klubu ilə danışıq aparsa da, keçid son anda reallaşmayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right