"Almeyda 50 gün futbolsuz qalıb" - Roman Qriqorçuk

"Debüt etməyən futbolçular bir müddətdir ki, oynamırlar. Almeyda 50 gün futbolsuz qalıb".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Astana"nın baş məşqçisi Roman Qriqorçuk deyib.Ukraynalı mütəxəssis "Qarabağ"dan ayrılaraq, "Astana"ya transfer olan millimizin üzvünün debüt etməməsi haqda danışıb. Təcrübəli çalışdırıcı bunun üçün vaxta ehtiyac duyulduğunu deyib: "Almeydanın formasını bərpa etməsi üçün vaxta ehtiyacı var. Hər bir futbolçu ilə danışacığq və vəziyyətlərinə baxacağıq. Yeni transferlərin bəzilərinə zaman lazımdır və onlar məşqdən-məşqə tempə düşəcəklər".

Qeyd edək ki, Roman Qriqorçuk mövsüm başa çatan kimi "Astana"nın "sükanı arxası"na keçmişdi. Onun tələbi ilə Qazaxıstan klubu "Qarabağ"ın sabiq futbolçuları - Riçard Almeyda və Pedro Enrike heyətə cəlb edilmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right