Qattuzo maliyyə fırıldağında şübhəli bilinir

İtaliyanın "Milan" klubunun baş məşqçisi Cennaro Qattuzo pul yuyulması işi üzrə istintaqa cəlb olunub. 
 
Newsport.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis donuz yetişdirilməsi fermasının səhmlərinin 35 faizinin sahibi olub. Bu ferma 2014-cü ilin mayında müflis olub. Təsərrüfatın səhmlərinə 2011 - 2013-cü illərdə sahib olmuş Qattuzo oranı bankrot olmağa bir neçə ay qalmış tərk edib.  
 
İş üzrə şübhəlilər siyahısında 42 nəfərin olduğu bildirilir. Artıq 8 nəfər həbs olunub, 7-si ev dustaqlığında, 1-i isə göz altındadır. 
 
Qeyd edək ki, daha əvvəl "Milan"ın borcları üzündən ABŞ-ın "Elliott Management" investisiya korporasiyasiyasının nəzarətinə keçdiyi açıqlanıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right