"Pedro Enrike "Qarabağ"ın liderlərindən biri idi" "Astana"nın prezidenti

"Pedro 5 mövsümdür ki, Avropada çıxış edir. O, ötən il "Qarabağ"ın heyətində avrokuboklarda yaxşı bacarığa malik olduğunu göstərdi".

 

Newsport.az xəbər verir ki, bu sözləri “Astana”nın prezidenti Sayan Həmidcanov komandanın yeni transferi Pedro Enrike haqda danışarkən deyib. Klub rəhbəri Enrikenin hücum xəttində rəqabət yaradacağını bildirib:

 

"Onun ÇL-in qrup mərhələsində təcrübəsi var. Enrike "Qarabağ"ın liderlərindən biri idi. Pedro və Riçard Almeyda meydanda yaxşı anlaşa bilirlər. Bu transfer komandamız üçün yaxşı olacaq. Çünki Pedro irəli xəttdə rəqabəti daha da artıracaq. Onun oyunundan azarkeşlərimiz həzz alacaq".

 

Qeyd edək ki, müqavilə ilə PAOK-a məxsus olan 28 yaşlı vinger ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right