"Arsenal" 19 yaşlı futbolçu aldı

"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, London təmsilçisi Fransa "Loryan"ından Matteo Qanduzini transfer edib. 19 yaşlı yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalansa da, onun müddəti və digər detalları açıqlanmayıb. Futbolçu yeni klubunda 29 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Qanduzi Fransanın gənclər yığmasının üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right