"Yuventus" futbolçusunu "Barselona"ya buraxmadı

“Yuventus”da yeni müqavilə qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Turin klubu bosniya və herseqovinalı yarımmüdafiəçisi Miralem Pyaniçlə müqaviləni 2022-ci ilə qədər uzadıb. "Qoca sinyora" "Barselona"nın təklif göndərdiyi futbolçunu buraxmayıb və daha yaxşı şərtlərlə klubda saxlamağa müvəffəq olub.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-cı ildə 32 milyon avroya "Roma"dan "Yuventus"a keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right